Deyirlər ki, insanın kitab rəfinə nəzər salmaqla onun haqqında çox şey demək olar. TED spikeri Ann Morgan əvvəllər özünü dünyagörüşlü biri hesab etsə də, kitab rəfinin tam başqa şeylər ifadə etdiyini anlayır. Belə ki o, əsasən amerikan və ingilis müəlliflərini oxuyurdu. Buna görə də o, bir il ərzində hər ölkədən bir kitab oxumaq məqsədi qoyur, 2011-ci ildə bloq açır və kitab tövsiyələri üçün online şəkildə müraciət edir. Onun aldığı kitab tövsiyələri hazırda bloqunda siyahı şəklində yerləşdirilib. Ann Morgan tövsiyələrdən seçimlər edir və hər ölkə ədəbiyyatından bir kitab oxuyur. Azərbaycan ədəbiyyatından oxuduğu kitab isə “Əli və Nino” olur.

Məqalələri kopyalayıb “MAYAK”ı mənbə göstərmədən paylaşmaq qadağandır!

Bir şərh yazın