Aşağıdakı mənbələr vasitəsilə rus dilini pulsuz öyrənə bilərsiniz. Mənbələrin bəziləri haqqında məlumat qeyd etmişəm. Digərlərini isə araşdırmağı sizin öhdənizə buraxıram.

1. https://pushkininstitute.ru/ – Burada test edərək dil səviyyənizi müəyyənləşdirdikdən sonra qeydiyyatdan keçib istənilən səviyyə üzrə onlayn kursa ödənişsiz yazıla bilərsiniz.
2. http://morfologija.ru/ – Sözləri axtarış verib onların zamanlar, hallar və s. üzrə dəyişmiş formalarını cədvəl şəklində tapa bilərsiniz.
3. https://где-ударение.рф/ – Sözləri axtarış verib vurğunun hansı hecaya düşdüyünü öyrənə bilərsiniz. Nəzərə alın ki, sözün düzgün tələffüz edilməsində vurğu mühüm rol oynayır. Məsələn, o saiti vurğu qəbul etmirsə, a kimi tələffüz olunmalıdır.
4. http://gramota.ru/ – Rus dilinin izahlı lüğətidir. Sözləri axtarış verib mənalarını, istifadə qaydalarını öyrənə, nümunə cümlələr oxuya bilərsiniz.
5. http://annagroup.ru/ – Burada video dərslər, qrammatikaya aid izahlar və tapşırıqlar tapa bilərsiniz.
7. http://russianforeveryone.com/ – Rus dilinin fonetik sistemini və qrammatikasını ödənişsiz dərslər vasitəsilə öyrənərək hər bölmənin sonunda öyrəndiklərinizi test vasitəsilə yoxlaya bilərsiniz. İzahlar ingilis dilindədir.
8. https://learnrussian.rt.com/ – 100 pulsuz dərs vasitəsilə rus dilini öyrənə, hər dərsə aid tapşırıqlar işləyə və 5 dərsdən bir öyrəndiklərinizi test vasitəsilə yoxlaya bilərsiniz. İzahlar ingilis dilindədir.
17. http://nrustamov.blogspot.com/ – İzahlar Azərbaycan dilindədir.
21. https://knigavuhe.org/ – Rusca audio kitablar dinləyə bilərsiniz.
25. https://mgu-russian.com/en/learn/test-online/– Rus dili səviyyənizi test edə bilərsiniz.
26. http://www.russian4foreigners.spbu.ru/test/testpage.htm – Rus dilində səviyyələr üzrə testlər işləyə bilərsiniz.
32. https://russianfilmhub.com/ – Rusca filmləri ingiliscə altyazı ilə izləyə bilərsiniz.
33. https://cinema.mosfilm.ru/ – Rusca filmləri izləyə bilərsiniz.
42. http://youlang.ru/ – Dərslər ödənişli olsa da, hər səviyyə üzrə 1 dərs ödənişsiz olaraq yerləşdirilib. Ödənişli dərslərin bəzi hissələrini (məsələn, dinləmə materialı) də ödənişsiz əldə edə bilərsiniz.

51-52. Dinləmə testləri üçün Youtube kanalları:

53-55. Rus dilini video dərslərlə öyrənmək istəyənlər üçün:

56. http://www.russianlessons.net/

57. http://findoutrussian.com/

58. https://www.boostyourrussian.com/

59. http://www.public.asu.edu/~deliving/russgram/

60. http://almaschool.com.ua/articles

61. youna.ru

Məqalələri kopyalayıb “MAYAK”ı mənbə göstərmədən paylaşmaq qadağandır!

Rus dilini öyrənmək üçün 60 online resurs” üçün 3 şərh

Bir şərh yazın