İngilis dilindəki aşağıdakı isimlərin cəmi kökdən dəyişərək düzəlir:

  • A man /mæn/– men /men/ (kişi-kişilər; adam-adamlar)
  • A woman /wʊmən/ – women /wɪmɪn/ (qadın-qadınlar)
  • A mouse /maʊs/– mice /maɪs/ (siçan – siçanlar)
  • A louse /laʊs/ – lice /laɪs/ (bit-bitlər)
  • A child /tʃaɪld/ – children /tʃɪldrən/ (uşaq-uşaqlar)
  • An ox /ɒks/ – oxen /ɒksən/ (öküz-öküzlər)
  • A foot /fʊt/ – feet /fiːt/ (ayaq-ayaqlar)
  • A tooth  /tuːθ/– teeth /tiːθ/ (diş-dişlər)
  • A person /pɜːsən/– people /piːpəl/ (insan – insanlar)
  • A goose /ɡuːs/ – geese /ɡiːs/ (qaz-qazlar)
  • A penny /ˈpeni/  – pence /pens/ (İngiltərənin xırda pul vahidi)

Qeyd 1. People sözünün iki mənası var:
• A person sözü cəmlənəndə kökdən dəyişib people olur. Bu halda people (insanlar, camaat) cəm isimdir. Onun qarşısında “a” artiklı işlənmir.
• A people xalq mənasında tək isimdir. Ona görə də həmin isim təkdə olanda qarşısında “a” artiklı işlənir. Cəmlənəndə isə peoples (xalqlar) olur.

Singular – Tək Plural – Cəm
A person – insan People – insanlar, camaat
A people – xalq Peoples – xalqlar

Examples:
Many people never do any exercise. – Bir çox insanlar heç vaxt idman etmirlər.
Similar customs are found among many peoples of the world. – Oxşar adətlərə dünyanın bir çox xalqlarında rast gəlinir.

Qeyd 2. A mouse sözü iki cür cəmlənir.

Məqalələri kopyalayıb “MAYAK”ı mənbə göstərmədən paylaşmaq qadağandır!

Cəmlənəndə kökdən dəyişən isimlər” üçün bir şərh

Bir şərh yazın