Beynəlxalq Ərəb dili günü

UNESCO tərəfindən 18 dekabr Beynəlxalq Ərəb dili günü elan edilmişdir və 2012-ci ildən etibarən hər il qeyd edilir. Məqsəd BMT-nin bütün rəsmi dillərinin bərabər istifadəsini təşviq etmək olmuşdur. 1973-cü il 18 dekabrda BMT Baş Assambleyası Ərəb dilini BMT-nin altıncı rəsmi dili olaraq qəbul etmişdir.

Məqalələri kopyalayıb “MAYAK”ı mənbə göstərmədən paylaşmaq qadağandır!

Mənbə: https://en.unesco.org/

Ümumdünya Sunami Maarifləndirmə Günü

Sunami nadir hallarda baş versə də, dağıdıcı təsir göstərir. Son 100 ildə 260 000-dən çox insan 58 sunami nəticəsində həlak olmuşdur. Hər sunaminin payına təxminən 4600 insan ölümü düşür və bu say digər bütün təbii fəlakətləri üstələyir. Lakin erkən xəbərdarlıq sistemləri fəlakət qurbanlarının sayının azalmasına kömək edə bilər. Digər əhəmiyyətli məsələ isə necə və haraya evuakasiya olunmaq barədə cəmiyyətin məlumatlı olmasıdır. Sunami sərhəd tanımır və risklərin minimuma endirilməsi üçün siyasi və ictimai maariflənmə sahəsində beynəlxalq əməkdaşlıq tələb edir. Buna görə də Yaponiyanın təklifi ilə BMT Baş Assambleyası 2016-cı ildə noyabrın  5-i Ümumdünya Sunami Maarifləndirmə Günü elan edib.

Məqalələri kopyalayıb “MAYAK”ı mənbə göstərmədən paylaşmaq qadağandır!

Mənbə: https://www.un.org/