Ötən yazımda kitabların əksəriyyəti Azərbaycan dilində olan elektron kitabxanaların siyahısını paylaşmışdım. Bu dəfə isə yalnız ingilis dilində olan elektron kitabxanalarla tanış olacaqsınız. Unutmayın ki, xarici dil öyrənmək üçün ən yaxşı üsullardan biri həmin dildə kitab oxumaqdır.

  1. http://frenglish.ru/penguin_readers_download.html – Bu saytdan Penguin Readers nəşriyyatının müxtəlif səviyyələrə uyğun kitablarını yükləyib oxuyaraq ingilis dilinizi inkişaf etdirə bilərsiniz.
  2. https://madbook.org/books – Bu saytdan müxtəlif səviyyələrə uyğun kitabları oxuyaraq ingilis dilinizi inkişaf etdirə bilərsiniz.
  3. https://www.pdfdrive.com/ – Bu saytdan müxtəlif dil və mövzularda kitablar yükləmək mümkündür.
  4. https://etc.usf.edu/lit2go/books/ – bir çox məşhur əsərləri oxuya, həmçinin dinləyə bilərsiniz.
  5. https://epdf.pub/ Siz bu saytdan ingilis dilində yüzlərlə kitab yükləyə bilərsiniz.
  6. www.gutenberg.org – elektron kitabxanada 55 mindən çox kitab yerləşdirilib.
  7. https://archive.org/ – Bu saytda qeydiyyatdan keçərək kitabları online şəkildə  pulsuz oxuyaraq 14 gün  müddətində geri qaytara bilərsiniz. Bu sayt əsl kitabxana prinsipi ilə işləyir. Eyni vaxtda 5 kitab götürməyə icazə verilir.
  8. https://vk.com/englishlibrary Siz bu səhifədən ingilis dilində yüzlərlə kitab yükləyə bilərsiniz. Səhifə müxtəlif səviyyələr üzrə lüğət, qrammatika, bədii kitablar, dərsliklər eləcə də istədiyiniz IELTS (https://new.vk.com/wall-28817335?q=ielts), TOEFL vəsaitlərinin kitab və diskləri ilə yanaşı, ingilis dilində müxtəlif sahələrə aid kitab və jurnallarla da olduqca zəngindir. Bunun üçün vk.com sosial şəbəkəsində qeydiyyatdan keçməyə EHTİYAC YOXDUR. Hətta sizə lazım olan ingilis dili kitabının adına vk əlavə edərək google.com-da da axtarış verə bilərsiniz.
  9. http://english-e-reader.net Bu saytdan müxtəlif səviyyələrə uyğun bədii əsərlər yükləyib oxuyaraq ingilis dilinizi inkişaf etdirə bilərsiniz.
  10. https://drive.google.com/ – Bu keçiddən ingilis dilini öyrənmək üçün onlarla faydalı vəsait yükləmək olar.
  11. https://vk.com/bookstagram_eng – Bu keçiddən ingilis dilinində kitablar yükləmək olar.

Məqalələri kopyalayıb “MAYAK”ı mənbə göstərmədən paylaşmaq qadağandır!

 

İngilis dilində elektron kitabxanaların siyahısı” üçün 2 şərh

Bir şərh yazın